“Reyncers” azarkeşi İstanbulda faciəvi şəkildə həlak olub
Bakı, 6 mart, Tsport.az
Şotlandiyanın “Reyncers” klubunun azarkeşi İstanbulda dünyasını dəyişib.
Tsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fanat yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
“Reyncers” rəhbərliyi bu faciəvi hadisə ilə bağlı Türkiyə və Britaniya hakimiyyət orqanları ilə mütəmadi əlaqə saxladıqlarını bildirib.
Qeyd edək ki, Şotlandiya təmsilçisi bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində Fenerbahçe (Fənərbağça) ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.