Reynier “Real”dan ayrılır
Bakı, 4 avqust, Tsport.az
İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Reynier ölkəsi Braziliyaya qayıdır. 23 yaşlı futbolçu “ Atlético Mineiro” klubuna transfer olunacaq.
Tsport.az xəbər verir ki, transfer şərtlərinə görə, Braziliya klubu Reynierin məbləğinin 50 faizini “Real”a ödəyəcək.
Qeyd edək ki, Reynier 2020-ci ildə “Flamenqo”dan 30 milyon avroya Madrid klubuna keçmişdi. O, “Real”da cəmi 3 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu müddət ərzində 4 dəfə icarəyə göndərilib.
“Transfermarkt” portalı futbolçunun hazırkı dəyərini 1,5 milyon avro olaraq göstərir.