Dünya Futbolu

Robbie Savage: “Bu cür iyrənc təhqirlər dayanmalıdır”

Bakı, 19 oktyabr, Tsport.az

Forest Green Rovers”in baş məşqçisi Robbie Savage rəqib azarkeşlər tərəfindən səsləndirilən təhqiramiz sözlərə görə narazılığını bildirib.

Tsport.az xəbər verir ki, Milli Liqada “Carlisle United”ə 2:4 hesabı ilə uduzduqları matçdan sonra BBC Radio Gloucestershire-ə danışan sabiq futbolçu deyib:

“Zarafatları qəbul edirəm, amma artıq iyrənc təhqirlər səslənəndə — buna qarşı tədbir görülməlidir.”

Savage əlavə edib ki, o, ictimai şəxs olduğu üçün bu davranışlara dözməyə məcbur kimi görünür, lakin bu, qəbuledilməzdir.