Dünya Futbolu

Robert Lewandowski, “Barcelona”nın heyətinə daxil edilib

Bakı, 5 may, Tsport.az

“Barcelona”nın hücumçusu Robert Lewandowski, komandasının növbəti qarşılaşmaları üçün heyətə daxil edilib.

Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisi, Polşa millisinin oyunçusunun xidmətindən “Inter”lə oynanacaq görüşdə faydalana biləcək. Lewandowskinin zədəsinin gözləniləndən daha tez sağaldığı bildirilib.

Tərəflər arasında cavab matçı sabah İtaliyada baş tutacaq.