-->
Dünya Futbolu

Robert Lewandowski “Barcelona”ya geri döndü

Bakı, 10 mart, Tsport.az

“Barcelona”nın polşalı hücumçusu Robert Lewandowski komandaya geri dönüb.

Tsport.az xəbər verir ki, 36 yaşlı forvard artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Onun qısa müddət ərzində rəsmi matçlara çıxacağı gözlənilir.

Futbolçu bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 34 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli futbolçunun dönüşü “Barcelona”nın hücum xəttinə böyük güc qatacağı düşünülür.