Robert Lewandowski Messinin uğurunu təkrarlayıb
Bakı, 17 mart, Tsport.az
Polşalı hücumçu Robert Lewandowski, son 4 mövsümdə “Barcelona”nın heyətində 35 qol vuran ilk futbolçu olub.
Tsport.az xəbər verir ki, 36 yaşlı futbolçu bu nəticəni La Liqanın XXVIII turunda “Atletico”ya qarşı keçirilən matçda əldə edib. Bu uğura sonuncu dəfə argentinalı hücumçu Lionel Messi imza atmışdı. Messi, 2020/2021 mövsümündə 47 oyunda 38 qol vurmuşdu.
R.Lewandowski , “Barcelona”nın 4:2 hesabı ilə qalib gəldiyi bu qarşılaşmanın 72-ci dəqiqəsində fərqlənib. Cari mövsümdə isə, o, Kataloniya klubunun heyətində bütün turnirlərdə 40 matçda 35 qol vurub.