Robert Lewandowskidən növbəti uğur
Bakı, 29 sentyabr, Tsport.az
“Barcelona”nın polşalı hücumçusu Robert Lewandowski La Liqanın 7-ci turunda “Real Sociedad”a qarşı keçirilən görüşdə (2:1) komandasının ikinci qoluna imza ataraq peşəkar karyerasında 700-cü qoluna çatıb.
Tsport.az xəbər verir ki, 36 yaşlı forvard klub səviyyəsində 830 matçda 614 qol vurub və 155 məhsuldar ötürmə edib. Polşa millisində isə onun hesabında 160 oyuna 86 qol və 36 assist var.
Lewandowski 2022-ci ildən “Barcelona”nın formasını geyinir və bu müddətdə 154 qarşılaşmada 105 qol, 20 asistlə yadda qalıb.