Rodrigo De Paul MLS-yə yaxınlaşır
Bakı, 16 iyul, Tsport.az
MLS təmsilçisi “Inter Miami” transfer bazarında növbəti səs-küylü addım atmaq üzrədir.
Tsport.az xəbər verir ki, futbol üzrə tanınmış insayder Fabrizio Romanoya görə, “Atlético Madrid” argentinalı yarımmüdafiəçi Rodrigo De Paulun transferi ilə bağlı təklifi qəbul edib. Hazırda tərəflər arası danışıqlar yekun mərhələdədir.
29 yaşlı futbolçunun “Inter Miami” ilə 4 illik müqavilə imzalayacağı gözlənilir. Əgər transfer rəsmiləşsə, Lionel Messi ilə komanda yoldaşı olacaq və MLS-də Latın Amerikası ulduzlarının bir araya gəldiyi yeni səhifə açılacaq.
Rodrigo De Paul hazırda “Atlético Madrid” ilə 2026-cı ilin yayına qədər müqaviləyə sahibdir. 2021-ci ildən bəri Madrid klubunun formasını geyinən yarımmüdafiəçi La Liqa və Çempionlar Liqasındakı çıxışları ilə tanınır.