Rodrigo “Real Madrid”də qalır
Bakı, 31 avqust , Tsport.az
“Real Madrid“in sağ cinah vingero Rodrigo cari transfer pəncərəsində İspaniya nəhəngini tərk etməyəcək.
Tsport.az xəbər verir ki, braziliyalı futbolçu yaxın gələcəyini “Kral klubu” ilə bağlayır.
Bildirilir ki, Rodrigo ən azı yanvara qədər “Real”da qalmaq və əsas heyətdəki yer uğrunda mübarizə aparmaq niyyətindədir.