Dünya Futbolu

Rodrygo Goes yayda “Real Madrid”-dən ayrılmaq istəyir

Bakı, 1 may, Tsport.az

“Real Madrid”-in hücumçusu Rodrygo Goes cari mövsümün sonunda klubdan ayrılmaq niyyətindədir.

Tsport.az xəbər verir ki, 24 yaşlı braziliyalı futbolçu daha çox oyun şansı əldə edə biləcəyi bir kluba keçid etməyə üstünlük verir. O, yay transfer dönəmində gələcək təklifləri dəyərləndirəcək.

Rodrygo bu mövsüm “Real”ın heyətində 30 oyunda iştirak edib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.