Dünya Futbolu

Rodrygo İngiltərə klublarının hədəfində

Bakı, 19 may, Tsport.az

“Real Madrid”in braziliyalı hücumçusu Rodrygo Goes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Tsport.az xəbər verir ki, 24 yaşlı futbolçuya bir neçə Premyer Liqa klubu ciddi maraq göstərir. Lakin Rodrygo hələlik “Real Madrid”-də qalmaq və təyin olunacaq yeni baş məşqçinin qərarını gözləməyi planlaşdırır.

Xəbərlərə görə, o, Xabi Alonsonun “Real”a baş məşqçi təyin olunacağı halda komandanın planlarında yer alıb-almamasına görə gələcək qərarını verəcək. Rodrygo-nun Madrid klubu ilə olan müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.