Rodrygo “Manchester City”nin transfer hədəfində
Bakı, 15 may, Tsport.az
“Real Madrid”in braziliyalı hücumçusu Rodrygo Goes karyerasını İngiltərədə davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “Manchester City” baş məşqçisi Pep Guardiola, 24 yaşlı futbolçunun transferini şəxsən istəyir və klub rəhbərliyi ilə bu barədə artıq danışıqlar aparıb.
Rodrygo özü də Premyer Liqa təmsilçisinə keçməkdə maraqlıdır. Onun “Real Madrid”lə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının 30-na qədər qüvvədədir.
Braziliya millisinin üzvü olan Rodrygo bu mövsüm “Real”ın heyətində bütün turnirlər daxil olmaqla vacib rol oynayıb və gələcəkdə hansı klubda çıxış edəcəyi böyük maraqla izlənir.