“Roma” heyətini gücləndirdi
Bakı, 20 iyul , Tsport.az
İtaliyanın aparıcı klublarından “Roma” yeni mövsüm öncəsi hücum xəttinə təcrübəli gənc futbolçu qatmağa yaxındır.
Tsport.az xəbər verir ki, Insayder Fabrizio Romanonun məlumatına görə, Roma klubu Irlandiya millisinin üzvü və “Brighton & Hove Albion” hücumçusu Evan Fergusonun icarəyə transferi ilə bağlı artıq tam razılığa gəlib.
20 yaşlı forvard bu gün İtaliyaya səfər edəcək və tibbi müayinələrdən sonra transfer rəsmiləşdiriləcək.
Evan Ferguson ötən mövsüm Premier League çərçivəsində “Brighton & Hove Albion” forması ilə 13 oyuna çıxaraq 1 qol vurub. Qış transfer dönəmində isə “West Ham United” klubuna icarə əsasında keçmiş və 8 matçda iştirak etmişdi.