Roma İnterin Kone üçün təklifini qəbul etməyib
Bakı, 16 avqust, tsport.az
İtaliyanın Roma klubu, futbolçusu Kuadio Kone üçün İnterdən gələn təklifi rədd edib.
Tsport.az xəbər verir ki, paytaxt təmsilçisi 24 yaşlı yarımmüdafiəçini satmaq niyyətində deyil. Klubun baş məşqçisi Can Piero Gasperini də Kone komandada saxlamağı planlaşdırır.
Qeyd edək ki, Kuadio Kone 2024-cü ildən Romanın formasını geyinir.