“Roma” Paulo Dybala ilə müqaviləni uzatmaq istəyir
Bakı, 4 sentyabr, Tsport.az
İtaliya təmsilçisi “Roma” hücumçu Paulo Dybala ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Tsport.az xəbər verir ki, klub argentinalı futbolçuya 2028-ci ilin yayınadək qüvvədə olacaq yeni müqavilə təklif etməyi planlaşdırır.
31 yaşlı oyunçunun da Romada qalmaq istədiyi bildirilir. Tərəflər arasında ilk görüşün yaxın həftələrdə baş tutacağı gözlənilir.
Xatırladaq ki, Dybala-nın hazırkı müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. O, 2024/2025 mövsümündə bütün turnirlərdə 36 oyuna çıxaraq 8 qol və 4 asistlə yadda qalıb.
Forvard 2022-ci ildə Argentina yığması ilə dünya çempionatının qalibi olub.