Dünya Futbolu

“Roma” tarixi loqosuna qayıtdı

Bakı, 7 iyun , Tsport.az 

İtaliyanın “Roma” klubu, 98 illik yubileyi münasibətilə loqosunu yeniləyib. Klubun açıqlamasına görə, bu dəyişiklik 2027-ci ildə qeyd ediləcək 100 illik yubileyə hazırlıq çərçivəsində həyata keçirilib.

Tsport.az xəbər verir ki, yeni loqo, əvvəllər 1997-2013-cü illər arasında istifadə olunan klassik dizayna əsaslanır və klubun tarixi kimliyini vurğulamaq məqsədi daşıyır. Klub rəhbərliyi bu addımı azarkeşlərin istəklərinə hörmət və Roma-nın köklərinə bağlılıq kimi qiymətləndirib.

Yeni Loqo: