“Roma”da böyük itki
Bakı, 20 may, Tsport.az
İtaliyanın “Roma” komandası ciddi itki ilə üzləşib.
Tsport.az xəbər verir ki, paytaxt təmsilçisinin 28 yaşlı yarımmüdafiəçisi Lorenzo Pellegrini məşq zamanı zədələnib. Zədə səbəbindən italiyalı futbolçu bu mövsüm artıq komandasına heç bir oyunda kömək edə bilməyəcək.
Pellegrini, “Roma”nın əsas oyunçularından biri olub və komandasının hücum xəttində mühüm rol oynayırdı. Onun zədəsi, klubun mövcud mövsümdəki hədəfləri üçün əhəmiyyətli bir itki sayılır.