“Roma”da Paulo Dybala şoku
Bakı, 20 mart, Tsport.az
Ötən bazar günü “Roma“nın “Cagliari” ilə matçında zədələnən Paulo Dybalanın əməliyyat olunacağı və mövsümü bağladığı öyrənilib.
Tsport.az xəbər verir ki, İtaliya A Seriyasının 29-cu həftəsində keçirilən “Roma” – “Cagliari” matçında Paulo Dybala sol ayağının vətərindən zədə alıb.
Dybala 64-cü dəqiqədə oyunu tərk edib və onu Matias Soule əvəzləyib. Yoxlamalardan sonra Roma klubu argentinalı futbolçunun vəziyyətinin ağır olduğunu və bir neçə gün ərzində əməliyyat olunacağını açıqlayıb.
Zədəsi səbəbindən Argentina Milli Komandasının heyətində yer almayan Dybala ilə bağlı İtaliya klubu açıqlama verib: “Paulo Dybala sol yarımtendinoz vətərindəki zədədən sonra yaxın bir neçə gün ərzində əməliyyat olunacaq.
Bu, zədədən ən yaxşı şəkildə sağalmağın ən doğru yolu olduğuna dair qarşılıqlı razılıq əldə edildi. Pauloya tez sağalmasını arzu edirik”.
Qeyd edək ki, ulduz futbolçunun 3 ay meydandan uzaq qalacağı gözlənilir.