Ronaldo ilə oynamaqdan imtina etdi
Bakı, 13 iyul, Tsport.az
İngiltərənin “Manchester United” komandasında forma geyinən gənc futbolçu Alexandro Garnaçon karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək şansından imtina edib.
Tsport.az xəbər verri ki, 21 yaşlı argentinalı cinah yarımmüdafiəçisi cari transfer pəncərəsində Səudiyyənin “Al-Nassr” klubundan gələn təklifi qəbul etməyib.
Xatırladaq ki, “Al-Nassr” klubunda hazırda Portuqaliya millisinin əfsanəvi hücumçusu Cristiano Ronaldo da çıxış edir.