Dünya Futbolu

Ronaldo MLS yolunda? “İnter Miami”nin böyük planı

Bakı, 28 mart, Tsport.az

MLS təmsilçisi “İnter Miami” 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı üçün “Al-Nassr”in hücumçusu Cristiano Ronaldonu heyətinə qatmağı planlaşdırır.

Tsport.az xəbər verir ki, amerikalılar portuqaliyalı ulduzla yalnız turnir müddətində müqavilə imzalamağı düşünür. Daha sonra isə Ronaldo “Al-Nassr”lə sözləşməsini uzada bilər. 40 yaşlı futbolçunun hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir.

Xatırladaq ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxaraq 28 qol vurub və 4 məhsuldar ötürmə edib.