Dünya Futbolu

“Ronaldo normal insan deyil”

Bakı, 22 iyul , Tsport.az 

Fiorentina”nın qapıçısı David de Gea Al-Nassr”in hücumçusu Cristiano Ronaldo haqda yüksək qiymətləndirmə verib.

Tsport.az xəbər verir ki, o, 40 yaşlı portuqaliyalının insan sərhədlərini aşdığını bildirib:

“Cristiano sanki bir heyvandır. O, normal deyil. Ondan 40 yaşı var və yenə də qol vurur, titullar qazanır. Əsl yarış heyvanıdır. Ronaldonun özünə qayğı göstərməsi, düzgün həyat tərzi sürməsi tam başqa səviyyədədir. Bütün futbol tarixində onun kimi yalnız bir-iki futbolçu olub. Sən bir-iki il yaxşı oynaya bilərsən, amma iyirmi il yüksək səviyyədə oynaya bilmək əfsanəvi göstəricidir.”

Kariyerası ərzində Ronaldo “Sporting CP”, “Manchester United”, “Real Madrid”, “Juventus” və “Al-Nassr” klublarının heyətində çıxış edib.