Dünya Futbolu

Ronaldo onun klubdan gedişini gözləyir

Bakı, 14 may, Tsport.az

“Al Nassr” klubunun ulduz hücumçusu Cristiano Ronaldo, Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi bu yay başa çatdıqdan sonra karyerasını Avropada, doğma klubu “Sporting”-də davam etdirməyi nəzərdən keçirir.

Tsport.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı superulduz “Sporting”in əsas hücumçusu Viktor Gyökeresin mümkün ayrılığı fonunda komandaya geri dönə bilər. Ronaldo, doğma klubuna qayıtmaq üçün maaşının azaldılmasına razılıq verməyə hazırdır.

Cari mövsümdə Ronaldo bütün turnirlərdə 39 matçda iştirak edib, 33 qol vurub və 4 assistlə yadda qalıb. “Transfermarkt” portalına əsasən, onun bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Cristiano Ronaldo 1997–2003-cü illərdə “Sporting” akademiyasının yetirməsi olub və peşəkar karyerasına da bu klubda start verib.