Ronaldo tarixə düşüb
Bakı, 24 mart, Tsport.az
Portuqaliya millisinin kapitanı Cristiano Ronaldo növbəti rekorda imza atıb.
Tsport.az xəbər verir ki, 40 yaşlı futbolçu ardıcıl 22 il milli komandada qol vuran ilk oyunçu kimi futbol tarixinə düşüb.
Bu nailiyyətə Millətlər Liqasının 1/4 finalında Danimarkaya qarşı cavab matçında (5:2) vurduğu qolla çatıb.
Portuqaliya yığması yarımfinalda Almaniya ilə qarşılaşacaq. Görüş 4 və ya 5 iyun tarixində baş tutacaq.
Qeyd edək ki, Ronaldo 2003-cü ildən bəri Portuqaliya millisində 217 oyun keçirib və 136 qol vurub. O, 2016-cı il Avropa çempionatının və 2018/2019 mövsümündə Millətlər Liqasının qalibidir.