-->
DigərDünya Futbolu

Ronaldo və Corcina evlənir? Ulduz futbolçu tarixi açıqladı

Bakı, 22 mart, Tsport.az

Portuqaliyalı futbol ulduzu Cristiano Ronaldonun sevgilisi Corcina Rodriges cütlüyün evlilik məsələsinə aydınlıq gətirib.

Tsport.az xəbər verir ki, o, “Mən – Corcina” adlı realiti-şouda bu barədə danışıb: “Dostlarım hər zaman toyla bağlı zarafat edirlər və “Bəs üzük nə vaxt taxılacaq?” deyə soruşurlar. Amma hər şey məndən asılı deyil”, – deyə Rodriges bildirib.

Ronaldo isə bu mövzuya belə münasibət bildirib: “Evlənəcəyimizə 100 faiz əminəm. Bu, bir aya da ola bilər, bir ilə də. Corcina nə demək istədiyimi bilir”.

Xatırladaq ki, cütlük 2016-cı ildən birlikdədir.