Dünya Futbolu

Ronaldo yeni rekorda imza atdı, Portuqaliya dünya çempionatına vəsiqəni əldən verdi

Bakı, 15 oktyabr, Tsport.az

Portuqaliya millisinin kapitanı Cristiana Ronaldo iki qol vuraraq yeni rekord müəyyənləşdirib.

Tsport.az xəbər verir ki, 40 yaşlı hücumçu Macarıstana qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda fərqlənərək mundialın seçmə oyunlarında ümumi qol sayını 41-ə çatdırıb. Bu göstərici ilə o, əvvəlki rekordçu – Qvatemala millisinin sabiq hücumçusu Karlos Ruizi (39 qol) geridə qoyub.

Lissabonda baş tutan görüşdə Macarıstan erkən hesabı açsa da, Ronaldo dubl etməklə Portuqaliyanı önə keçirib. Lakin 91-ci dəqiqədə Dominik Soboslayın qolu oyunun taleyini dəyişib və matç 2:2 hesabı ilə başa çatıb.

Bu nəticə ilə Portuqaliya qrupu lider kimi davam etdirsə də, vəsiqəni rəsmiləşdirə bilməyib. Komanda növbəti şansını 13 noyabrda Dublində İrlandiyaya qarşı matçda sınayacaq.