Ronaldo karyerasında 940-cı qolunu vurub
Bakı, 30 avqust , Tsport.az
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Cristiano Ronaldo peşəkar karyerasında 940-cı qolunu vurub.
Tsport.az xəbər verir ki, avqustun 29-da “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Taavun“u məğlub edib, oyun 5:0 hesabı ilə başa çatıb. 40 yaşlı forvard penaltidən fərqlənərək 940-cı qolu vurub.
Ümumilikdə Ronaldonun “Real Madrid”də 450, “Manchester United”də 145, “Juventus”da 101, “Əl-Nəsr”də isə 101 qolu var. Portuqaliyalı qalan qollarını Lissabonun “Sporting” komandası və Portuqaliya millisinin heyətində vurub.
Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” komandasının hücumçusu olub. Ölkədə qadın və kişinin nikahsız bir evdə altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.
2023-cü ilin yayında Ronaldo “Əl-Nasr” ilə Ərəbistan çempionatının Klublar Kubokunu qazanıb. Bu kubok futbolçu Səudiyyə Ərəbistanına köçdükdən sonra ilk idi, lakin o vaxtdan bəri klub bir dəfə də olsun kubok qazana bilməyib.