Rüdiger üçün şok çağırış! “Milli komandadan çıxarılsın”
Bakı, 28 aprel, Tsport.az
Keçmiş Almaniya milli futbolçusu və televiziya şərhçisi Dietmar Hamann, İspaniya Kral Kubokunun finalında yaşanan hadisədən sonra Antonio Rüdiger üçün ağır cəzalar tələb edib.
Tsport.az xəbər verir ki , Hamann, Sport1 kanalında iştirak etdiyi Doppelpassproqramında Rüdigerin son davranışlarının qəbuledilməz olduğunu bildirərək, belə deyib:
“Məncə, DFB (Almaniya Futbol Federasiyası) onu heyətdən çıxarmalıdır. UEFA Millətlər Liqasında yarımfinal matçı üçün dəvət olunmamalı və iki oyunda da forma geyinməməlidir.”
Hamann, Rüdigerin daha əvvəl də intizam problemləri yaşadığını vurğulayaraq əlavə edib:
“Julian Nagelsmann daim dəyərlərin önəminə və məsuliyyət hissinə diqqət çəkir. Ona görə də bu davranış cavabsız qalmamalıdır.”
Məsələ ilə bağlı DFBdən açıqlama gəlib. SID agentliyinin sualına cavab verən federasiya rəsmiləri, Prezident Bernd Neuendorfun bu barədə ictimaiyyətə açıqlama verməyəcəyini bildiriblər.
Rüdiger nə etdi?
“Real Madrid”in “Barselona”ya uzatma dəqiqələrində 3-2 hesabı ilə məğlub olduğu Kral Kuboku finalında Antonio Rüdiger oyundan alındıqdan sonra ehtiyat skamyasından hakimə doğru buz torbası atıb. Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb. Bundan əlavə, hakimi alman dilində söyərək idman prinsiplərinə zidd davranış sərgiləyib.
Qeyd edək ki,Almaniya UEFA Millətlər Liqasında 4 iyun tarixində Münhendə Portuqaliya ilə yarımfinalda qarşılaşacaq.
Aytac Mustafayeva