Rusiya Avarçəkmə Federasiyasının prezidenti: “MDBOyunları gənc idmançılar üçün vacib bir startdır”
Bakı, 5 oktyabr, Tsport.az
Rusiya Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin IIIMDB Oyunlarının yüksək səviyyədə təşkilinə görə təşkilatçılaratəşəkkürünü bildirib, Azərbaycandakı səmimi və istiqarşılanmanı isə xüsusilə vurğulayıb. Bu il Svirin ölkəmizə artıqikinci dəfədir səfər edir.
Tsport.az xəbər verir ki, “Azərbaycana hər zaman məmnuniyyətlə gəlirik. Hazırlıqsəviyyəsi göz önündədir — bu yarışlara böyük məsuliyyət və peşəkarlıqla yanaşmısınız. Müasir idman dünyasında hər birbeynəlxalq yarış gənc atletlər üçün əvəzolunmaz təcrübə, rəqabət imkanı və yeni tanışlıqlar deməkdir”, – deyə RusiyaAvarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin III MDBOyunları çərçivəsində bildirib.
Avarçəkmə yarışlarının keçiriləcəyi idman qurğularınınvəziyyəti ilə bağlı danışan Svirin, Mingəçevirdəki şəraitinyüksək beynəlxalq standartlara tam cavab verdiyini vurğulayıb. O, təşkilat komitəsinin və hakim heyətinin üzərinə düşənvəzifələrin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib.
Rusiya medal sıralamasında lider mövqedədir və AlekseySvirinin sözlərinə görə, bu uğurun əsas səbəbi güclü təşkilatimodeldir. O, Rusiyanın Gənclər və İdman Nazirliyi ilə OlimpiyaKomitəsinin uşaq və gənclər idmanına göstərdiyi davamlı diqqətvə dəstəyi xüsusi vurğulayıb.
“Məşqçi heyətimiz uzun illərin təcrübəsinə əsaslanaraq Rusiyavə Sovet idman məktəblərinin ənənələrini davam etdirir. Busəbəbdən komandamızın medal cədvəlində birinci pillədə qərarlaşmasını görmək xoşdur”, – deyə o qeyd edib.
Avarçəkmədə əsas rəqiblərdən danışarkən, Svirin Belarus, Azərbaycan və Özbəkistan komandalarını xüsusi qeyd edib və məhz güclü rəqabətin sağlam idman mühiti yaratdığını vurğulayıb.
Müsahibəsinin sonunda Aleksey Svirin bütün idmançılarasağlamlıq, inam və idman uğurları, azarkeşlərə isə parlaqemosiyalar və yarışlara fəal dəstək arzulayıb.
“Atletlərə qələbə arzu edirəm. Əgər kimsə podiuma qalxabilməzsə belə, bu, yolun sonu deyil. Əsas odur ki, hər birnəticəni düzgün təhlil edib, irəliyə doğru addımlasınlar. Ənvacibi – ruhdan düşməmək və qalib gələndə də təvazökarlığıqorumaqdır.
Və əlbəttə, burada – bu startlar zamanı yaranan dostluqları gələcək illərdə də qoruyub saxlamaq lazımdır”, – deyə Svirinsözlərini yekunlaşdırıb.