Azərbaycan FutboluMüsahibə

“Ruslardan qisasımızı alacağıq”

Bakı, 1 oktyabr, Tsport.az 

Bu sözləri III MDB Oyunlarında keçirilən Azərbaycan (U-16) – Qırğızıstan (U-16) matçından sonra millimizin üzvü Roman Fərzəli deyib.

Tsport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan oyunda millimiz 4:0 hesabı ilə qalib gəlib. Roman matçdan sonra təəssüratlarını bölüşüb:

– Əvvəla, hər kəsə təşəkkür edirəm. Bu yağışlı havada gəlib bizə dəstək oldunuz. Birinci hissə bir qədər gərgin keçdi, bəzi epizodlarda çətinliklərimiz oldu. Amma ikinci hissəyə xarakter göstərərək çıxdıq və nəticədə 4:0 hesabı ilə qalib gəldik.

– Final görüşü barədə nə düşünürsünüz?
– Düşünürəm ki, çempion biz olacağıq. Çünki biz hər zaman xarakterimizi göstəririk və sonadək mübarizə aparacağıq.

– Növbəti oyundakı rəqibləriniz haqqında nə deyə bilərsiniz?
– Düşünürəm ki, finalda rəqibimiz Rusiya olacaq. Onlarla daha əvvəl də qarşılaşmışıq. İnşallah, bu dəfə ruslardan qisasımızı alacağıq.

Bahar Rüstəm