Digər

Rəşid Süleymanov Zalsburqda bürünc medal qazandı

Bakı, 9 sentyabr ,  Tsport.az 

Azərbaycan karateçisi Rəşid Süleymanov Avstriyanın Zalsburq şəhərində keçirilən “Karate-1” A Seriya beynəlxalq turnirində uğurlu nəticə göstərib.

Tsport.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Süleymanov bürünc medalın sahibi olub. Qeyd edək ki, “Karate-1” A Seriya turnirləri dünya reytinqi üçün vacib yarışlardan sayılır. Bu yarışlarda toplanan xallar idmançılara reytinqdə irəliləməyə kömək edir.