“Səbail” səfərdə qalib gələ bilmədi
Bakı, 30 mart, Tsport.az
Bu gün Misli Premyer Liqasının XXVIII turunda “Kəpəz” Tovuz şəhər stadionunda “Səbail“i qəbul edib.
Tsport.az xəbər verir ki, Rəvan Həmzəzadənin idarə etdiyi matçda hesab 41-ci dəqiqədə açıldı. Sürətli hücumda Luis Paçunun ötürməsində Şervoni Mabatşoev komandasını hesabda irəli keçirir:1-0.
İkinci hissədə dəyişikliklər edərək, hesabı bərabərləşdirmək istəyən Elvin Məmməov istəyinə çatır. 68-ci dəqiqədə Samir Abdullayevin küncdən zərbə ilə verdiyi ötürməni Dimitro Litvin baş zərbəsi ilə topu rəqib komandanın qapısına göndərir:1-1.
Oyunun davamında hər iki komanda qol şanslarını dəyərləndirə bilmir. Matç 1-1 başa çatır. Bu nəticə ilə turnir cədvəlində “Səbail” 19 xalla sonuncu, Kəpəz 24 xalla 9-cu sırada qalır.
Qeyd edək ki, Misli Premyer Liqasının XXVIII turuna bu gün keçirirləcək “Zirə” – “Şamaxı” matçı ilə yekun vurulacaq.