Azərbaycan Futbolu

“Səbail” Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb

Bakı, 22 iyul , Tsport.az 

Səbail” Futbol Klubu kapitanı Yusif Nəbiyevlə 1+2 illik yeni müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi son iki mövsümü “Səbail”də keçirib və komandanın əsas simalarından hesab olunur.

Komanda 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq. Yeni müqavilə Yusif Nəbiyevin liderliyini daha uzun müddət “dənizçilər”lə davam etdirməsinə imkan verəcək.