Dünya Futbolu

350 milyon avroluq rekord təklif!

Bakı, 18 iyul , Tsport.az 

Səudiyyə Ərəbistanı, “Real Madrid”in cinah oyunçusu Vinicius üçün 350 milyon avroluq təklif hazırlayır.

Tsport.az xəbər verir ki , “Real Madrid”in braziliyalı ulduzu Vinicius Juniorun gələcəyi qeyri-müəyyənliyini qoruyarkən, Səudiyyə Ərəbistanı tərəfinin hazırladığı rekord təklif xəbərləri Santiago Bernabeu da tarazlığı poza bilər. TalkSPORTun xəbərinə görə, Orta Şərq təmsilçiləri 24 yaşlı futbolçu üçün tam 350 milyon avronu gözə alıblar.

Vinicius Juniorun “Real Madrid”ilə hazırkı müqaviləsi 2027-ci ildə başa çatır. Lakin tərəflərin yeni müqavilə mövzusunda razılığa gələ bilmədiyi iddia olunur.

Bu vəziyyət, futbolçunun Madriddəki gələcəyinə dair sualları daha da artırır. Daha əvvəl ulduz futbolçunun uzun illər Madriddə qalması gözlənilirdi. Amma yay bitmədən baş verə biləcək bir ayrılıq artıq qeyri-mümkün görünmür.

“Real Madrid”də əsas məsələ: Vinicius və Mbappe eyni anda oynaya bilərmi?

“Real Madrid”də əsas müzakirə mövzusu Vinicius ilə Kylian Mbappenin eyni vaxtda meydanda olub-ola bilməyəcəyidir. Klub daxilində fransız ulduzun ətrafında bir sistem qurmaq fikri daha çox önə çıxır ki, bu da Viniciusun ikinci planda qalmasına səbəb ola bilər. Madrid rəhbərliyi daha öncə bildirmişdi ki, yalnız Viniciusun müqaviləsindəki 1 milyard avroluq sərbəst qalma bəndini ödəyən klub onu transfer edə bilər. Lakin hazırkı gedişat bu sərt mövqenin dəyişə biləcəyini göstərir.

Rekord transfer mümkündürmü?

Əgər “Real Madrid”bu Səudiyyə təklifini qəbul edərsə, bu transfer futbol tarixinin ən bahalı satışı olacaq. 

Qeyd edək ki,hazırkı rekord Neymara aiddir – 2017-ci ildə “PSG”yə 222 milyon avroya keçmişdi. Viniciusun 350 milyon avroya Orta Şərqə transferi bu rəqəmi böyük fərqlə geridə qoyacaq.

Hazırda isə “Real Madridrəhbərliyinin bu təklifə necə cavab verəcəyi bilinmir. Lakin yay transfer dönəminin sonuna qədər bu mövzunun futbol gündəmində qalacağı dəqiqdir.

Aytac Mustafayeva