Azərbaycan Futbolu

“Səbail” yay hazırlıqlarına start verir

Bakı, 21 iyul , Tsport.az 

2025/2026 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq “Səbail” yay hazırlıq planını açıqlayıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda məşqlərə iyulun 25-də ASCO Arenada start verəcək.

Tsport.az xəbər verir ki, Elvin Məmmədovun baş məşqçisi olduğu “dənizçilər” təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirməyi nəzərdə tutur. Rəqib komandaların və yeni transferlərin adları isə yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Səbail bu mövsüm I Liqada iddialı çıxış hədəfləyir və hazırlıq prosesini intensiv şəkildə keçirməyə qərarlıdır.