Azərbaycan Futbolu

“Səbail”də ayrılıq

Bakı, 14 iyul , Tsport.az 

Səbail” futbol klubunun üzvü Hüseynəli Quliyev bu gün rəsmi şəkildə komandadan ayrıldığını açıqlayıb. O, 2022-ci ilin yanvarından bəri klubun şərəfini qoruyurdu.

Sosial media üzərindən paylaşım edən oyunçu qeyd edib ki, “Səbail” onun üçün doğma klubdur və burada keçirdiyi müddət ərzində dəyərli dostluqlar əldə edib. “Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, ‘Səbail’ layiq olduğu yerə – Premyer Liqaya qayıdacaq. Mən isə klubumu hər zaman dəstəkləyəcəyəm”, – deyə o vurğulayıb.