“Sabah” Avropa Liqasında ilk oyununu keçirdi
Bakı, 10 iyul , Tsport.az
Bu gün UEFA Avropa liqasının I təsnifat mərhələsində ” Sabah “doğma meydanda Sloveniya klubu “Celje”ni qəbul edib.
Tsport.az xəbər verir ki, Daniyar Sakinin idarə etdiyi matçda hesab erkən açılıb. 3-cü dəqiqədə Masazır təmsilçisinin hücumçusu Pavol Safranko hesabı açıb: 1-0. 7-ci dəqiqədə Franko Kovaseviç hesabı bərabərləşdirdi: 1-1. 18-ci dəqiqədə Pavol Safranko dubl edərək hesabda fərqi artırdı: 2-1. İlk hissə ev sahiblərinin üstünlüyü ilə başa çatdı. İkinci hissədə Franko Kovaseviç də dubl etdi: 2-2. 90+3-cü dəqiqədə Hrka hesabı 2-3.
Matç 2-3 başa çatdı. Sonrakı matç iyulun 17-i səfərdə olacaq.