Azərbaycan FutboluDünya Futbolu

“Sabah” Avropa Liqasında rəqibi oldu

Bakı, 17 iyun , Tsport.az 

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Sabah“ın rəqibi məlum olub. Azərbaycan Kubokunun qalibi olan Bakı təmsilçisi Sloveniyanın “Celje” klubuna rəqib seçilib.

Tsport.az xəbər verir ki, ilk oyun 10 iyul 2025-ci ildə Bakıda keçiriləcək, cavab görüşü isə 17 iyulda Sloveniyada baş tutacaq. Azərbaycan klubu üçün bu qarşılaşma tarixi əhəmiyyət daşıyır, çünki “Sabah” FK ilk dəfə Avropa Liqasında mübarizə aparacaq.