“Sabah” azlıqda “Neftçi”ni məğlub etdi
Bakı, 24 may , Tsport.az
Misli Premyer LiqasınınXXVI turunda “Sabah“doğma meydanda “Neftçi” ni qəbul etdi.
Tsport.az xəbər verir ki , Tural Qurbanovun idarə etdiyi matçda ev sahibləri qazandı. Matçda ilk hissə qolsuz başa çatıb. 50-ci dəqiqədə Sofian Çakla qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Matçda yeganə qolu 67-ci dəqiqədə Jesse Sekidika vurub. 76-cı dəqiqədə Edvin Kuc qırmızı kart alaraq meydanı tərk etdi. Matç 1-0 başa çatdı. Beləliklə mövsümü “Neftçi” 43 xalla 6-cı, “Sabah” 48 xalla 5-ci tamamladı.