Azərbaycan Futbolu

“Sabah” azlıqda “Neftçi”ni məğlub etdi

Bakı, 24 may , Tsport.az 

 Misli Premyer LiqasınınXXVI turunda   “Sabahdoğma meydanda  “Neftçi” ni qəbul etdi. 

Tsport.az xəbər verir ki , Tural Qurbanovun idarə etdiyi matçda ev sahibləri qazandı. Matçda ilk hissə qolsuz başa çatıb. 50-ci dəqiqədə Sofian Çakla qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Matçda yeganə qolu 67-ci dəqiqədə Jesse Sekidika vurub. 76-cı dəqiqədə Edvin Kuc qırmızı kart alaraq meydanı tərk etdi. Matç 1-0 başa çatdı. Beləliklə mövsümü “Neftçi” 43 xalla 6-cı, “Sabah” 48 xalla 5-ci tamamladı.