Azərbaycan Futbolu

“Sabah” – “Celje” matçlarına hakim təyinatları açıqlandı

Bakı, 28 iyun , Tsport.az 

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”ın Sloveniya təmsilçisi “Celje” ilə keçirəcəyi oyunlar üçün hakim heyətləri məlum olub.

Tsport.az xəbər verir ki, iyulun 10-da Bakıda baş tutacaq ilk oyunu Qazaxıstan Futbol Federasiyasından olan referi Daniyar Sakhy idarə edəcək. Ona yan xətt hakimləri olaraq Samat Tergessizov və Sergey Klachko, dördüncü hakim kimi isə Saken Bayimbet kömək edəcək. Görüşdə VAR sistemi də tətbiq olunacaq – əsas VAR referisi fransalı Bastien Dechepy, AVAR isə Aydin Tassabayev olacaq.

İyulun 17-də Sloveniyada oynanılacaq cavab matçında isə bolqarıstanlı hakim Drağomir Draganov ədaləti qoruyacaq. Ona yan xətt hakimləri Xristo Hadzhiyski və Krasimir Atanasov, dördüncü hakim isə Martin Zivkov Velikov yardım edəcək. VAR sistemində Vasimir El-Hatib (baş) və Volen Chinkov (köməkçi) yer alacaq.