-->
Azərbaycan Futbolu

“Sabah” finala vəsiqə qazandı!

Bakı, 23 aprel, Tsport.az

Azərbaycan Kubokunun 1/2 final cavab matçında  “Sabah“evdə “Neftçi” ni qəbul edib. 

Tsport.az xəbər verir ki , masazır təmsilçisi ilk matçda 2-1 üstünlük qazanmışdı. Matçda hesabı 23-cü dəqiqədə Jesse Sekitika açıb: 1-0(3-1). 39-cu dəqiqədə qonaqlar Emin Mahmudovun qolu ilə hesabı bərabərləşdirdi: 1-1(3-2). 

İkinci hissədə hesabda dəyişiklik olmayıb. Matç 1-1 başa çatdı. “Sabah” ümumi hesabda 3-2 qalib gələrək finala vəsiqə qazandı. “Sabah” finalda “Qarabağ”la qarşılaşacaq. 

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 31-i  Sumqayıt şəhər Mehdi Hüseynzadə adına Respublika Stadionunda baş tutacaq.