“Sabah” fransalı futbolçunu heyətinə qatdı
Bakı, 1 iyul , Tsport.az
“Sabah” klubu daha bir transferini rəsmiləşdirib.
Tsport.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinedine Ould Khaled ilə 2 illik müqavilə imzalayıb.
Fransanın “Angers” klubunun yetirməsi olan futbolçu karyerası ərzində həm əsas, həm də B komandasında forma geyinib.
Bu, “Sabah”ın yay transfer pəncərəsində etdiyi növbəti güclənmədir. Komandaya daha əvvəl aşağıdakı adlar qoşulmuşdu:
- Fəxri Məmmədli (icarədən qayıdıb, “Şamaxı”)
- Valdas Dambrauskas (baş məşqçi)
- Akim Zedadka (“Piast”, Polşa)
- Steve Solvet (“Martigues”, Fransa)