“Sabah” Jon Irazábal ilə yollarını ayırdı
Bakı, 17 iyun , Tsport.az
“Sabah” klubu ispaniyalı müdafiəçi Jon Irazábal ilə müqaviləni yeniləməyib və futbolçu ilə yollarını ayırıb.
Tsport.az xəbər verir ki, Masazır təmsilçisi 2022-ci ildən heyətində yer alan İrasabalın müqaviləsinin müddətinin başa çatdığını açıqlayıb. O, “Sabah” forması ilə 98 oyunda meydana çıxıb, 6 qol vurub və komanda ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medallar qazanıb.
Xatırladaq ki, “Sabah” daha öncə Şakir Seyidov və baş məşqçi Vasili Berezutski ilə də yollarını ayırıb. Klubun heyətindəki dəyişikliklər davam edir və yeni transferlər gözlənilir.