“Sabah” rekorda imza atıb
Bakı, 30 mart, Tsport.az
Misli Premyer Liqasının XXVIII turu Azərbaycan futbol tarixinə düşüb. “Sumqayıt” və “Sabah” komandaları arasında keçirilən dramatik qarşılaşma (3:3) “Sabah” üçün yeni bir rekord demək olub.
Tsport.az xəbər verir ki, Bakı klubu bu mövsümdə 15-ci dəfə heç-heçə edərək Azərbaycan çempionatları tarixində ən çox sülh bağlayan komanda titulunu qazanıb. Buna qədər rekord 14 heç-heçə ilə “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi.
Ötən tur bu komandaların göstəricisinə çatan “Sabah”, Sumqayıtdakı heç-heçə ilə bu rekordu rəsmi olaraq geridə qoyub. Beləliklə, paytaxt təmsilçisi adını Azərbaycan futbol tarixinə yazdırıb.