“Sabah” revanş oyununa çıxır
Bakı, 17 iyul, Tsport.az
Bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulur və Azərbaycan kubokunun qalibi “Sabah“, növbəti hədəfi üçün meydana çıxır. Bakı klubunun rəqibi Sloveniyanın “Celje” komandasıdır.
Tsport.az xəbər verir ki, ilk görüşdə “Celje” səfərdə 3:2 hesabı ilə qalib gəlib. Bu nəticə “Sabah” üçün cavab qarşılaşmasında daha çətin tapşırıq deməkdir. Selye Stadionunda baş tutacaq matç bu axşam saat 22:00-da başlayacaq.Hakim briqadası: Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov — hamısı Bolqarıstandandır.
Bu mərhələnin qalibi Avropa Liqasının 2-ci raundunda “AEK Larnaca” (Kipr) – “FK Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub komanda isə yoluna UEFA Konfrans Liqasında davam edəcək və “Birkirkara FC” (Malta) – “FC Petrocub Hîncești” (Moldova) duelinin qalibi ilə üz-üzə gələcək.