“Sabah” səfərdə “Neftçi”ni məğlub edib
Bakı, 2 aprel, Tsport.az
Azərbaycan Kubokunun 1/2 finalında “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib.
Tsport.az xəbər verir ki, matçda hesab Masazır təmsilçisinin qolu ilə açıldı. Umarali Raxmonaliyevin 11-ci dəqiqədə küncdən zərbısindən sonra Azər Salahlı avtoqol iləhesabı açdı: 0-1.22-ci dəqiqədə Tellur Mütəllimovun Ağadadaş Salyanskiyə etdiyi qayda pozuntusuna hakim Əliyar Ağayev penalti qərarı verdi. Yuri Matiasın ilk zərbəsini qapıçı Stas Pokatilov qaytarsa da, ikinci zərbə hədəfinə çatdı:1-1.52-ci dəqiqədə Pavol Şafranko hesabda komandasını irəli keçirdi: 1-2.