“Şahdağ Qusar” bütün futbolçularla yollarını ayırdı
Bakı, 26 iyul , Tsport.az
2024/25 mövsümündə Azərbaycan İkinci Liqasının çempionu olan “Şahdağ Qusar” heyətində ciddi dəyişikliklərə başlayıb. Klub, bütün futbolçularla olan müqavilələrə xitam verildiyini açıqlayıb.
Tsport.az xəbər verir ki, bu barədə məlumat “Şahdağ Qusar”ın rəsmi Instagram hesabında paylaşılıb. Bildirilib ki, futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edilib və yeni mövsümə dair planların yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı vurğulanıb.