Şahmat dünyasının əfsanəvi adı Bakıda xüsusi seans keçirəcək
Bakı, 17 mart, Tsport.az
Şahmat dünyasının əfsanəvi adı, 15-ci dünya çempionu Viswanathan Anand, Bakıda xüsusi bir seans keçirəcək.
Tsport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. 55 yaşlı qrossmeysterin aprelin 27-də ölkənin ən istedadlı şahmatçıları ilə eyni anda seans təşkil etməsi gözlənilir.
Bundan əlavə, Anand, Azərbaycan çempionatının son qalibi olan Rauf Məmmədovla rapid və blits partiyalarında qarşılaşacaq.
Viswanathan Anand ilə Rauf Məmmədov arasında oyunlar aprelin 27-30 tarixləri arasında keçiriləcək.