Şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı, 12 sentyabr , Tsport.az
Azərbaycan Şahmat Federasiyası şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatını təşkil edəcək. Yarış 4-8 dekabr tarixlərində baş tutacaq.
Tsport.az xəbər verir ki, ölkə çempionatları İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq. Turnirdə kişilər arasında FİDE əmsalı 2100-dən yuxarı, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilərlər.
Yarışın ümumi mükafat fondu 10 000 manatdır. Bunun 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turniri üçün nəzərdə tutulub.
Qeyd edək ki, çempionatda ilk 3 yeri tutan şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına göndəriləcəklər. Yarış sistemi və turların sayı iştirakçıların sayına görə dəyişə bilər.