Azərbaycan Futbolu

Şahruddin Məhəmmədəliyevdən “Real Madrid”ə çağırış

Bakı, 4 iyul , Tsport.az 

Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev, Avstriyada keçirilən məşq zamanı vurduğu akrobatik qolla sosial mediada gündəm olub. 31 yaşlı qolkiper, polşalı komanda yoldaşı Mateusz Kochalskinin qoruduğu qapıya tullanaraq vurduğu qolla azarkeşlərin diqqətini yenidən üzərinə çəkib.

Tsport.az xəbər verir ki, Şahruddin həmin qolu İnstagram hesabında paylaşaraq, zarafatla “Real Madrid, call me” (“Real Madrid, mənə zəng et”) sözlərini yazıb. Bu paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılıb və futbolsevərlər arasında maraqlı reaksiyalar doğurub.

Qeyd edək ki, Şahruddin zaman-zaman qapıdakı inamlı çıxışı ilə seçilsə də, bəzi kobud səhvləri də müzakirə mövzusu olub – xüsusilə avrokubok oyunlarında.

https://www.instagram.com/stories/shahrudin_magomedaliev/3668700110463766368?utm_source=ig_story_item_share&igsh=djlsaTNyM2VjenQx